Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:05

Uşaq ətindən hazırlanan saxta dərmanlar ələ keçirilib


Cənubi Koreya bildirib ki, Çindən ölkəyə keçirilmiş saxta dərmanlar aşkar edib və iddia edir ki, ələ keçirilmiş kapsullar toza çevrilmiş uşaq ətindən düzəldilib. (AP)

Bəzi insanlar belə tozun gücdən düşmüş insan bədəninə yeni qüvvə gətirdiyini düşündüyü uçun cinayətkar biznes bundan yararlanmağa çalışır.

Uşaq bədənlərinin xırda parçalara bölündükdən sonra qurudulduğu və bundan sonra toza çevrildiyi deyilir.

Çin bildirib ki, bundan qabaq belə iddiaları araşdırıb və tozun onun ərazisində hazırlanmadığı aşkar edilib.

Amma Çin yeni məlumat əsasında bir daha araşdırma aparacağını bəyan edib.

Cənubi Koreya bildirir ki, ötən ilin avqustundan bəri qaçaq yolla onun ərazisinə keçirilmiş 17 min belə kapsul ələ keçirib.
XS
SM
MD
LG