Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

ABŞ səfiri istefaya gedir


Amerika Birləşmiş Ştatlarının Pakistandakı səfiri bu ilin sonunda öz vəzifəsindən getməyi planlaşdırır. Cameron Munter 2010-cu ilin oktyabrında öz səfir andını içib və ABŞ-Pakistan münasibətlərinin gərgin dövründə İslamabadda çalışıb.

ABŞ rəsmilərindən biri Frans-Press Agentliyinə bildirib ki, Munter həm Pakistan, həm də ABŞ hökumətilə yaxşı münasibətini qoruyub saxlayıb.

“Bu, onun öz qərarıdır. Onun bu seçiminə nə Vaşinqtondan, nə də Pakistandan narazılıq yoxdur”.

Reuters Agentliyi yazır ki, ABŞ-ın Əfqanıstanda inkişaf və iqtisadi fəaliyyətinə məsul Richard Olsondan Munterin yerini tutmağı gözləyir.
XS
SM
MD
LG