Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:18

Ən uzun Quran nüsxəsi yazılır


Ən iri Quran, Tatarıstan
Ən iri Quran, Tatarıstan

Ginnesin Rekordlar Kitabına düşmək üçün gündə 16 saat işləyən iraqlı xəttat indi ağrkəsicilərlə yaşayır, amma yenə də Quranı uzun kağızlara köçürür

25 yaşlı İraq sakini Hussein al-Kharsan Qurani Kərimin dünyadakı ən uzun surətini yaratmaq niyyətindədir. O, Quran ayələri yazılan kağız bürmələrinin ümumi uzunluğunun 5500-6000 metr olacağını planlaşdırır.

Al-Kharsan hər birinin uzunluğu 1500 metr olan 4 kağız bürməsinin üzərinə İslamın ən müqəddəs kitabını köçürməyə başlayıb. Gənc iraqlı bu işi ilə Ginnesin Rekordlar Kitabına düşmək arzusundadır.

Əslində ən uzun Quran nüsxəsi bu il Nəcəf şəhərində nümayiş etdirilməli idi. Çünki bu il Nəcəf şəhəri İslam mədəniyyətini paytaxtı elan edilib. Lakin xəttatın səhhətində problemlər yarandığından, işə müəyyən müddətliyinə ara verilmişdi.

Quranı 6 ay ərzində bitirmək üçün əvvəllər Al-Kharsan gündə 16 saat işləyib. Amma sonra boynunda və kürəyində güclü ağrılar ucbatından, layihəni dayandırıb.

GÜNDƏ 5 SAAT İŞLƏSƏM, 1 İLƏ QURANI BİTİRƏCƏYƏM

“Həkim məndən işi ən azı bir aylığına saxlamağı tələb etdi. İndi ağrıkəsici dərmanlar qəbul edir və hər gün 5 saat işləyirəm. Deməli, bu Quranı 1 ilə köçürüb qurtara biləcəyəm”, - Al-Kharsan deyir.

Bağdad Universitetinin incəsənət kollecinin məzunu olan Kharsan hələ 9 yaşından etibarən ərəb xəttatlığı üzrə yarışmalarda iştirak edir.

İslam mədəniyyətinin ən yayılmış formalarından biri ərəb kalliqrafiyasıdır.

Ginnesin Rekordlar Kitabına ən uzun Quranla bağlı məlumat salınmayıb. Burda ən iri Quran nüsxəsi haqqında qeyd var. Bu, ötən ilin sonunda Rusiyada nümayiş etdirilən 2 metr hündürlükdə və 1,52 metr enində kitabdır.

İslama dair ən ağır kitab isə Dubaydakı Məhəmməd Peyğəmbərin həyatına həsr olunan kitabdır. Bu nüsxənin ağırlığı 1500 kq-dır.

QURANI QIZIL ÜSTÜNƏ DƏ YAZACAQLAR

Təbrizdə isə dünya tarixində ilk dəfə Quranı qızıl üzərində həkk etməyə başlayıblar. Layihənin müəllifləri tanınmış İran zərgərləri Pərvazi qardaşlarıdır. "İribNews"un verdiyi xəbərə görə, genişmiqyaslı və unikal layihəyə kömək məqsədi ilə İranın bütün bölgələrindən zərgər mütəxəssislər dəvət olunublar.

Bu zaman Quran 18 metr təmiz qızıl üzərində həkk olunacaq. Onun hazırlanmasında çox sayda qiymətli daşlardan istifadə olunacaq.
XS
SM
MD
LG