Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 16:14

Lady Gaganın fincanı 75 min dollara satıldı


Lady Gaga MTV-də
Lady Gaga MTV-də
Pop müğənni Lady Gaganın cəmi bir dəfə içdiyi çay fincanı hərracda 6 milyon yapon yeninə, yəni 75 min dollara satılıb.

Hərracdan gələn pul gənc yapon rəssamlarının ABŞ-da təhsil almasına xərclənəcək.

Bu fincandan Lady Gaga Yaponiya səfəri zamanı Tokioda mətbuat konfransında istifadə etmişdi.

Əsil adı Stefani Germanotta olan Lady Gaga keçən ilin martında Yaponiyada zəlzələdən sonra iyun ayında Yaponiyaya gəlmişdi. Onun məqsədi Yaponiyaya beynəlxalq köməyə dəstək vermək idi.

Ancaq Lady Gaganın fincanı Yaponiyada musiqiçilərin hərracda satdığı ən bahalı əşya deyil.
Japan X adlı rok qrupun kristal pianosu 11 milyon yenə satılmışdı.
XS
SM
MD
LG