Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Ter Petrosyanın müxalifət bloku parlamentə düşə bildi


Ermənistanın Mərkəzi Seçki Komissiyası bildirib ki, müxalifətin əsas bloku olan Erməni Milli Konqresi parlamentə düşmək üçün kifayət qədər səs yığıb.

Ermənistan parlamentinə düşmək istəyən partiya 5 faiz, blok isə 7 faiz səs yığmalıdır.

Ter Petrosyanın Erməni Milli Konrqresi 7 faizdən bir qədər çox yığıb.

Prezident Serj Sarkisyanın Respublika partiyası səslərin 45 faizni toplayaraq seçkiləri udub.

Respublika partiyası ilə hakim koalisiya yaradan Çiçəklənən Ermənistan Partiyası 31 faiz səs yığıb.
XS
SM
MD
LG