Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 09:19

Avro dollara nisbətən kəskin düşdü


Avro son 3 ayda dollara nisbətən ən aşağı həddə düşüb.
Avropa şirkətlərinin səhmləri də qiymətlərini kəskin itiriblər.

Bütün bunlara səbəb Yunanıstandakı parlament seçkiləridir.

Yeni Demokratiya Partiyası və Sosilaist PASOK partiyası birlikdə 32 faiz səs yığıblar və bununla da ölkədə siyasi qeyri-müəyyənlik yaranıb.

Kəskin qənaət rejiminin əleyhinə olan bu iki partiyanın uğuru Yunanıstanın borc problemini həll etmək üçün bu ölkənin beynəlxalq qurumlarla gəldiyi razılaşmaları təhlükə altına qoyur.

Seçkinin nəticəsi bilinən kimi Yunanıstan şirkətlərinin səhmləri 7,7 faiz düşdü.
Avro 1,2954 ABŞ dolarınacan endi.

Hazırda hakim partiyaların rəhbərləri müxalifət liderləri ilə görüşməlidir.
XS
SM
MD
LG