Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:54

BDU rüşvətdə təqsirləndirilən professorla bağlı bəyanat yaydı


Bakı Dövlət Universiteti hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru Məhəmməd İmanlının həbsi ilə bağlı bəyanat yayıb.

«Məhəmməd İmanlı 2004-cü ildən Hüquq fakültəsi dekanının müavini vəzifəsində işləyib, 2011-ci ildə həmin vəzifədən azad edilib. Hazırda BDU-da heç bir rəsmi səlahiyyətli vəzifə daşımır. Haqqında söhbət gedən Beynəlxalq iqtisadi əlaqələr adlı fakültə Bakı Dövlət Universitetində yoxdur və oraya heç bir qəbul aparılmayıb».

Açıqlamada qeyd olunur ki, Bakı Dövlət Universitetində ikinci ali təhsil almaq üçün ixtisaslar BDU-nun Böyük Elmi Şurasında iyun ayında müzakirə olunur, bu barədə dövlət qəzetlərində elan çıxır, müvafiq komissiya yaradılır və müsabiqə yolu ilə fakültələrə qəbul aparılır.

Universitet bildirir ki, hazırda ikinci ixtisasa (əlavə təhsil) qəbulla əlaqədar hazırlıq işlərinə başlanmayıb, ümumiyyətlə bu il əlavə təhsilə qəbul aparılması nəzərdə tutulmur.

«Hadisə təqsirləndirilən şəxsin evində, BDU-da olmayan ixtisasla əlaqədar, qəbul aparılması nəzərdə tutulmayan bir yerlə bağlı baş verdiyinə görə, respublikanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin adının mətbuatda bu məsələ ilə paralel hallanması təəssüf doğurur», deyə vurğulanır.

Mayın 5-də Məhəmməd İmanlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb. İttihama görə, Məhəmməd İmanlı BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində (ikinci ali təhsil üçün) oxumaq istəyən Bakı şəhər sakinindən 40.000 (qırx min) manat pul tələb edib. Pul müqabilində onun BDU-nun tələbəsi olmasına imkan yaradacaqmış.
XS
SM
MD
LG