Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Əli Həsənov: «Avropa Məhkəməsi Azərbaycanın təklifini qəbul edib»


Azərbaycan Avropa Məhkəməsinə şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlərlə bağlı məsələlərə baxmamaq üçün müraciət edib.

Bu barədə APA-ya baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Avropa Məhkəməsi tərəfindən bununla əlaqədar qəbul edilən qərarların hamısını icra edib. İndiyədək 30 qərarın icra edildiyini xatırladan Komitə sədri deyib ki, Azərbaycan hökuməti bu problemi özü yoluna qoymaqda maraqlıdır: «Ona görə də biz Avropa Məhkəməsinə müraciət etmişik ki, daha bu məsələyə baxılmasın. Çünki Azərbaycan özü bu prosesi həyata keçirir. Avropa Məhkəməsi də bu təklifimizi qəbul edib».

Komitə sədri bildirib ki, məcburi köçkünlər tərəfindən zəbt edilmiş mənzillərlə bağlı məsələ Dövlət Proqramına əlavələrdə də nəzərdə tutulub: «Belə mənzillərin sayı çoxdur. Artıq 2500-ə qədər mənzillə bağlı problemin həlli Dövlət Proqramında nəzərdə tutulub. Biz bu prosesə başlamışıq».
XS
SM
MD
LG