Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:24

Gümrü merinin oğlu məntəqələrdə jurnalistlərə mane olur


“Kümrünün meri Vardan Qukasyanın oğlu öz tərəfdarlarıyla seçki məntəqələrini gəzərək partiya nümayəndələri və jurnalistlərin işinə, məntəqələrdə kameraların quraşdırılmasına mane olur” .

Bunu hakim kolaisiyaya daxil olan “Çiçəklənən Ermənistan” partiyasının mərkəzi seçki qərərgahının nümayəndəsi Naira Zoqrabyan AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində deyib.

O jurnalistlərə hədə-qorxu gəlindiyini, onların zorla məntəqələrdən çıxarıldığını deyib.

O qeyd edib ki, kütləvi pozuntulara yol verilir, heç olmasa ölkədə bir dəfə normal seçki keçirilməlidir.

Gümrünün Vardan Qukasyan isə ittihama cavab olaraq belə bir şey baş vermədiyini, məsələnin qondarma, sifariş olduğunu deyib.

Zoqrabyan həmçinin deyib ki, bir çox seçki dairələrindən belə məlumatlar gəlir ki, səs verdiyi bilinmək üçün seçicilərin pasportuna vurulan möhürlər nəzərdə tutulduğu kimi 12 saata yox, xeyli əvvəl yoxa çıxır.

Partiya bu barədə beynəlxalq müşahidəçilərə məlumat verib.
XS
SM
MD
LG