Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:23

ABŞ dövlət katibi Hillary Clinton Banqladeşə gedib


ABŞ Dövlət katibi Hillary Clinton Bangladeşə rəsmi səfərə gedib.

O səfər zamanı ölkə rəhbərliyi ilə ticarət münasibətləri və təhlükəsizlik problemini müzakirə edəcək.

Məlumata görə Banqladeşin xarici işlər naziri Dipu Moni ilə Hillary Clinton hökumətlərarası tərəfdaşlıq razılaşması imzalayacaqlar.

ABŞ Dövlət katibinin həmçinin baş nazir və müxalifət lideriylə görüşü nəzərdə tutulub.

Banqladeş Birləşmiş Ştatlardan ABŞ bazarlarına çıxış və iqtisadi inkişafa kömək istəmək fikrindədir.
XS
SM
MD
LG