Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Pakistanın şimalında 10 yaraqlı öldürülüb


Pakistanın şimal-qərbində hava zərbəsi nəticəsində azı 10 adam ölüb.

Zərbəni pilotsuz təyyarə endirib.

Bu barədə France-Presse agentliyi xəbər verir.

Bundan əvvəl 8 adamın öldüyü bildirilirdi.

Ölənlərin yaraqlılar olduğu güman edilir.

Pakistan hakimiyyəti Şimali Vəziristandakı təlim mərkəzinə 2 raket buraxıldığını deyir.

Bu bölgə Əfqanıstanla sərhəddə yerləşir.

Pakistanın Müdafiə Nazirliyi hava zərbəsini pisləyib, bunu ölkənin suverenliyinin pozulması adlandırıb.
XS
SM
MD
LG