Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:54

Əli Həsənov: «907-ci düzəliş»in Azərbaycan üçün heç bir aktuallığı yoxdur


Əli Həsənov
Əli Həsənov
««907-ci düzəliş» ədalətsiz qərardır. Azərbaycan bu qərara layiq deyil. Bu, erməni lobbisinin təzyiqi ilə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş qərardır və onu aradan qaldırmaq lazımdır».

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, bu qərarın ədalətsiz qəbul edildiyini Azərbaycan ötən dövr ərzində öz fəaliyyəti ilə də sübut edib:

«Bütün dünyaya göstərmişik ki, Azərbaycan Ermənistanı blokadaya salmayıb, Ermənistan özü-özünü blokadaya salıb. Ermənistanla Azərbaycan arasında ərazini işğal eləyən Ermənistandır».

Bununla belə, şöbə müdiri hazırda rəsmi Bakı üçün «907-ci düzəliş»in heç bir aktuallığının olmadığını qeyd edib:

«Biz ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik. Buna ehtiyacımız da yoxdur. Azərbaycan ABŞ-la bərabərhüquqlu tərəfdaşdır. Bu ölkənin siyasət planlaşma mərkəzləri hesab etsələr ki, bu düzəlişi aradan qaldırmaq bundan sonra ABŞ-ın maraqlarına cavab verir, qaldırarlar. Əks halda, biz bunun üzərinə getməyəcəyik. Bizim «907-ci düzəliş» çərçivəsində ABŞ-dan hər hansı qrant almağa ehtiyacımız yoxdur».

1992-ci ildə ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən «Azadlığı Müdafiə Aktı» adlı qanun qəbul edib. Bu qanunun 907-ci bölməsinə edilən düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan olunub.

2001-ci ildə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. Bundan sonra həmin düzəliş hər il bir qayda olaraq dondurulur.
XS
SM
MD
LG