Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 05:47

Çinli hüquq müdafiəçisi Chen ABŞ-a gedəcək

ABŞ Dövlət katibi Hillary Clintonun Çinə səfəri başa çatıb.

Məlumatlara görə tərəflər çinli hüquq müdafiəçisi Chen Guangchengin ailəsilə birlikdə Çini tərk edib Birləşmiş Ştatlara getməsi barədə razılığa gəliblər.

Hələlik 40 yaşlı gözdən əlil Chen Pekindəki xəstəxanalardan birindədir.

O bu günlərdə 19 aylıq ev dustaqlığından qaçaraq Pekindəki ABŞ səfirliyinə sığınmışdı.

O Çində özü və ailəsinin təhlükəsizliyinə təminat olmadığını deyir.

Hillary Clinton Çindən Banqladeşə yollanıb.
This item is part of
XS
SM
MD
LG