Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 17:06

Əhmədinejadın rəqibləri qalib gəlir


İranda keçirilən parlament seçkisinin ikinci mərhələsində prezident Mahmud Ahmedinejadın rəqibləri irəlidə gedir.

Mübarizə aparılan 65 yerdən 20-ni hələlik Əhmədinejadın rəqibləri qazanıb.

Prezidentin tərəfdarları 8, müstəqil namizədlər isə 11 yer qazanıblar.

Martda keçirilmiş birinci mərhələdə də Əhmədinejadın rəqibləri qalib gəlib və görünür ki, onlar 290 yerlik parlamentə nəzarəti ələ keçirəcəklər.

İran parlamenti əsas siyasi qərarlara birbaşa təsir edə bilmir.

Amma prezident seçkiləri kampaniyasının gedişinə təsir edə bilər.

İranda növbəti prezident seçkisi 2013-cü ildə keçiriləcək.
XS
SM
MD
LG