Cümə günü Qahirədə, müdafiə nazirliyinin qarşısında baş vermiş hərc-mərclikdə 1 hərbçi ölüb, 300-ə yaxın adamsa yaralanıb.
Bu barədə Misir hakimiyyəti xəbər verir.
Hərbi hakimiyyətə qarşı çıxan nümayişçilər müdafiə nazirliyinə soxulmağa cəhd ğstəriblər.
Hərbçilər kütləni dağıtmaq üçün su və gözyaşardıcı qadan istifadə edib.
170-dən çox adam saxlanıb.
Ali hərbi şura nazirliyə yaxın rayonlarda bazar günü səhərədək 24 saatlıq komendant saatı tətbiq edib.
Nümayişçilər, xüsusilə də islamçılar hakimiyyətin tezliklə mülki hökumətə verilməsini tələb edirlər.
3 həftədən sonra Misirdə prezident seçkisi keçiriləcək.
Hərbçilər hakimiyyəti yeni prezidentə verəcəklərini vəd edirlər.