Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:28

İlham Əliyev Təhlükəsizlik Şurasında çıxış edib


Mayın 4-də BMT-nin Təhlükəsizlik Şurasının iclasında terrorizmlə mübarizədə beynəlxalq səyləri gücləndirmək müzakirə olunub.

İclasa Azərbaycan prezidenti İlham Əliyev sədrlik edib.

İlham Əliyev deyib ki, Azərbaycan beynəlxalq terrorizmi dolğun şəkildə müəyyən edən beynəlxalq razılaşmanın əldə olunmasını vacib sayır. Belə razılaşma terorizmlə mübarizədə effektiv vasitə olardı.

Azərbaycan prezidentinin sözlərinə görə, terrorizmin və beynəlxalq terrorizmin nə demək olduğunu dəqiq müəyyən edən saziş bir sıra vacib məsələlərə ünvanlana bilərdi, o cümlədən, terrorist fəaliyyətinin təşkili, maliyyələşməsi, təlim keçilməsi, həvələndirilməsi kimi hərəkətlərdən dövlətləri çəkindirərdi.

İlham Əliyevin BMT-yə səfərinə etiraz olaraq onlarla erməni Nyu Yorkda BMT binası qabağında etiraz nümayişi keçirib.

Nümayişin təşkilatçısı Amerikanın Erməni Milli Konqresinin üzvü Nazaret Markaryan deyib ki, “prezident Əliyev BMT-dəki, Təhlükəsizlik Şurasındakı mövqeyindən Ermənistana təzyiq, bizim haqları danmaq üçün istifadə edir. Biz İlham Əliyevə, onun aqressiv siyasətinə etiraz edirik”.
XS
SM
MD
LG