Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:03

Samsung yeni smartfonunu təqdim etdi (Video)


Böyük Britaniyada Samsung-un yeni smartfonunun təqdimatı, 03 may 2012
Böyük Britaniyada Samsung-un yeni smartfonunun təqdimatı, 03 may 2012
Samsung şirkəti özünün yeni android-smartfonunu təqdim edib: Galaxy S III.

Samsung-un nümayəndələri bildirirlər ki, bu, Apple şirkətinin “iPhone 4S” smartfonuna ciddi rəqib olacaq.

Samsung yeni smartfonunun əsas özəlliklərindən biri odur ki, o öz yiyəsinin üzünü tanıyacaq.

O, iki kamera (8 və 1,9 meqapiksellik) ilə təchiz edilib.

Bundan başqa yeni smartfona Wi-Fi Channel Bonding texnologiyası quraşdırılıb ki, bu da Wi-Fi-ın normal sürətini iki dəfə artırmağa imkan verir.

Başqa özəllikləri:

Çəkisi cəmi 133 qramdır.

O, Android 4.0 mobil platforması,dördnüvəli Exynos 4 Quad prosessoru, 4,8 düymlük HD Super Amoled displeyi ilə də təchiz edilib.

Tənqidçilər isə yeni smartfonun yüngül olmasını onun üstünlüyündən daha çox qüsuru kimi qiymətləndirirlər.

Bundan başqa onlar Samsung-un flaqmanı olacaq yeni smartfonun görünüşcə öz sələflərinə çox oxşamasını da bəyənmirlər.

Müsbət cəhətlərə isə yeni smartfonun Pop-up Play imkanlarının olmasını aid edirlər.

Hansısa proqramda işləyərkən paralel olaraq videoya da baxmaq olar – video çarx pəncərəsini ekranın istənilən hissəsinə qoyub açmaqla.

Samsung hələ ki öz yeni smartfonunun qiymətini açıqlamayıb.

www.radioazadlyg.org

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG