Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 14:05

Facebook ilk satışda səhminin qiymətini elan edib

Dünyanın ən böyük online sosial şəbəkəsi olan Facebook ilk dəfə olaraq öz səhmlərini satışa çıxarır və ilkin qiyməti elan edib.

İPO – da , yəni ictimaiyyətə ilkin təklif adlanan bu ilk satışda Facebook öz səhminə 28-35 dollar qiymət qoyur.

Səhmlər bu qiymətə satılsa, Facebook 11,8 milyard dollar qazanacaq.

Bu, İnternet İPO-lar arasında rekord olacaq.

Hətta Google 2004-cü ildə İPO-dan cəmi 1,9 milyard dollar qazanmışdı.
This item is part of
XS
SM
MD
LG