Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:42

BMT müşahidəçiləri Homsdadır


Suriyada BMT müşahidəçiləri Homs şəhərinin Halidiye rayonuna baş çəkib. Bir neçə ay əvvəl burda qanlı döyüşlər baş vermişdi.

BMT müşahidəçiləri missiyasının rəhbəri, general Robert Mood bildirib ki, Suriyaya artıq 50 müşahidəçi gəlib. Mayın sonuna qədər onların sayı 300-ə çatacaq. General Mood bir daha münaqişə tərəflərini dialoqa başlamağa çağırıb. Bildirib ki, zorakılığa son qoyulması üçün ilk addımı hökumət və ordu atmalıdır.

ABŞ aprelin 3-də hökumət qoşunlarının Hələb universitetinə reydini pisləyib. Məlumatlara görə, həmin reyd zamanı 200 tələbə həbs olunub, 4-ü öldürülüb.
XS
SM
MD
LG