Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

İ. Əliyevin adından Nyu-Yorkda ziyafət verilib


Mayın 3-də Nyu-Yorkda prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkənin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilib. AzərTAc xəbər verir ki, mərasimə prezident İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri qatılıblar.

Prezident İlham Əliyev mərasimdə çıxış edib və Dağlıq Qarabağ münaqişəsinə toxunub.
Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib: «Təəssüflər olsun ki, onlar Ermənistan tərəfindən icra olunmur. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi maneədir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ölkəmizin pozulmuş hüquqları tezliklə bərpa olunmalıdır».

Sonra İlham Əliyevin adından ziyafət verilib.
XS
SM
MD
LG