Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:04

Nigeriyada bazara hücum nəticəsində azı 34 adam ölüb


Cümə axşamı Nigeriyanın şimal-şərqində heyvan bazarının atəşə tutulması və yanğın nəticəsində azı 34 adam ölüb.

Dövlət televiziyası yanğından sonra Potiskum şəhərindəki xəstəxanaya 34 cəsəd gətirildiyini xəbər verib.

Yerli polisin məlumatına görə, hücum zamanı 20-dən çox partlayıcı maaddə və silahlardan istifadə edilib.

Ölənlərin dəqiq sayə hələlik bəlli deyil.

Həftənin əvvəllərində elə həmin bazarda 3 alverçi öldürülüb.

Boko Haram qrupundan gözlənilən terror təhlükəsinə görə, regionda fövqəladə vəziyyət rejimi elan edilib.

Amma bazara hücuma görə cavabdehliyi bu qrup üzərinə götürməyib.
XS
SM
MD
LG