Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:17

Bin Ladenin arxivindən 17 sənəd yayılıb


ABŞ hərbi akademiyasının terroçuluqla mübarizə mərkəzinin saytı əl Qaidənin keçmiş lideri Osama Bin Ladenin arxivindən 17 sənəd yayıb.

Bu sənədlər ötən il Bin Laden Pakistanda öldürülərkən ələ keçib.

Dərc edilmiş sənədlər 2006-2011-ci illərdə Bin Ledinin təşkilatın digər liderlərilə yazışmalarından ibarətdir.

Bin Laden məktublarında cihad ideologiyasının artıq islam dünyasında dəstəklənmədiyini və müsəlman ölkələrində terror aktlarından qaçmağı məsləhət görür.

O həmçinin 2011-ci ildə ərəb dünyasında baş qaldıran kütləvi etirazları dəhşət hesab edir.
XS
SM
MD
LG