Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:45

Qiymətlər nə qədər artacaq?


Foto: Arxiv
Foto: Arxiv
«İnflyasiyanın keçən il olduğu kimi, bu il də ikirəqəmli səviyyəyə çata biləcəyi gözləniləndir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı-ekspert Zöhrab İsmayıl illik inflyasiyanın müzakirəsi zamanı bildirib:

«2011-ci ildə bu rəqəm 10%-ə yaxın olub. 2012-ci ildə də bunun təkrarlanması mümkündür. Burda əsas açar rolu dövlət investisiya xərcləri, yəni dövlət büdcəsindən böyük xərcləmələr oynayır. O xərclərin səviyyəsi bu il daha da artıb».

İqtisadçı-ekspert Oqtay Haqverdiyevin fikrincə isə, inflyasiyanın səviyyəsi başlıca olaraq Mərkəzi Bankın siyasətindən asılıdır:

«2008-ci ildən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması üçün sərt pul-kredit siyasəti aparır. İqtisadi elmi nöqteyi-nəzərdən bu, düzgün olmasa da, sosial nöqteyi-nəzərdən çox yaxşı siyasətdir.
Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev
Çünki əhalinin əksəriyyəti kasıbdır. Manatın məzənnəsi stabil olanda, maaş pensiya az olsa da, əhali birtəhər dolana bilir. Bundan başqa, neftin qiyməti artdıqca dünya bazarında Azərbaycana idxal olunan malların da qiyməti artır. Bütün bunlar inflyasiyaya təsir edən amillərdir».

O.Haqverdiyev bu il də inflyasiyanın 8-9% olacağını ehtimal edir.

«Eurovision»la əlaqədar may ayında bazara daxil olacaq böyük pul kütləsinin inflyasiyaya təsirindən danışan Zöhrab İsmayıl deyir ki, qiymətlərdə hansısa dəyişik olsa belə, bu, müvəqqəti xarakter daşıyacaq.

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG