Keçid linkləri

2026, 21 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Oxfam silah embarqosunun yetərli olmadığını deyir

Silah embarqosuyla bağlı beynəlxalq mexanizm yetərli deyil.

Beynəlxalq hümanitar Oxfam təşkilatının hesabatında belə deyilir.

Hesabatda deyilir ki, son 10 illiklərdə embarqo qoyulmuş ölkələr silaha 2 milyard dollardan çox vəsait xərcləyiblər.

BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tətbiq edilmiş 26 embarqoya baxmayaraq
Myanmar hökuməti son 10 ildə 600 milyon dollarlıq, İran isə son 3 ildə bir o qədər silah alıb.

Oxfam beynəlxalq aləmi bunun qarşısını almağa və kəskin qaydalar tətbiq etməyə çağırıb.
This item is part of
XS
SM
MD
LG