Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:34

Çinli dissident ABŞ-dan sığınacaq istəmək fikrindədir


Çinli dissident Chen Guangchengin Birləşmiş Ştatlardan sığınacaq istəmək fikrindədir.

Yüksək səlahiyyətli ABŞ rəsmisi Vaşinqtonun ona kömək etməyə hazır olduğunu bildirib.

Gözdən əlil hüquq müdafiəçisi Chen ev dustaqlığından qaçaraq ABŞ səfirliyinə sığınmışdı.

O çərşənbə günü öz razılığı ilə səfirliyi tərk edib və hazırda Pekindəki xəstəxanalardan birindədir.

Chen özü və ailəsinin təhlükəsizliyindən narahat olduğunu deyir.

O həyat yoldaşının 2 gün polisdə stula bağlandığını, işgəncə və hədələrə məruz qaldığını deyir.

ABŞ səfiri səfirliyi tərk etmək üçün Chenə heç bir təzyiq edilmədiyini deyir.

Çinin Xarici İşlər Nazirliyi onun ölkədən çıxmaq üçün müraciət edib-etməməsini şərh etməkdən boyun qaçırıb.
XS
SM
MD
LG