Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:09

Çinli dissident ABŞ səfirliyini tərk edib


Pekində ABŞ səfirliyinə sığınmış hüquq müdafiəçisi və dissident Chen Guangcheng səfirliyi tərk edib. O, 6 gün əvvəl səfirliyə sığınmışdı.

Çin hakimiyyəti bildirib ki, bu Chenin könüllü qərarı olub. Onun hazırda Pekindəki xəstəxanalardan birində olduğu bildirilir.

Bu gün səhər ABŞ dövlət katibi Hillary Clinton Pekinə gəlib. O, mayın 4-də Pekində işinə başlayacaq ABŞ-Çin iqtisadi-strateji forumunda iştirak edəcək. Clintonun Chenin həyatı ilə bağlı danışıqlar aparacağı da istisna deyil.

Gözdən əlil olan dissident Chen Guangcheng 4 il həbsdən sonra 2010-cu ildən ev dustağıdır. ABŞ dövlət katibi Hillary Clinton dəfələrlə Çin hökumətini Cheni azad etməyə çağırıb.
XS
SM
MD
LG