Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:53

Güclü senzura tətbiq olunan 10 ölkə


Jurnalistləri Müdafiə Komitəsi dünyada güclü senzura tətbiq olunan 10 ölkənin siyahısını açıqlayıb.

Siyahının əvvəlində Eritreya, Şimali Koreya, Suriya və İran gəlir. Siyahıda Qvineya, Özbəkistan, Birma, Səudiyyə Ərəbistanı, Kuba və Belarusun da adı var.

Təşkilat bildirir ki, bu ölkələrin mediasında diktatura nəzarəti güclüdür.

Bu ölkələrdəki senzura internet saytlarının təcrid olunması, məlumatlara məhdudiyyətlər qoyulması, jurnalistlərə təzyiqlər göstərilməsi, xarici teleradio proqramlarına və xarici jurnalistlərə qadağalar qoyulması ilə müəyyənləşdirilib.

Jurnalistləri Müdafiə Komitəsi bu ölkələrdən başqa senzuranın olduğu 6 ölkəni də nəzərdən keçirib. Bu ölkələr Azərbaycan, Efiopiya, Çin, Sudan, Türkmənistan və Vyetnamdır.

Azərbaycanla bağlı bildirilir ki, bu ölkədə xarici və ya müstəqil yayım yoxdur, çox az jurnalist müstəqil qəzetlərdə və saytlarda işləyir. Onlar da hədə qorxulara, saxta ittihamlar üzrə həbslərə məruz qalır.
XS
SM
MD
LG