Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:00

Azərbaycanın reytinqi xeyli yüksəlib...


Mətbuat icmalı
Mətbuat icmalı
AZƏRBAYCAN «YENİ BLOK»A DAXİL OLA BİLƏR

«Azərbaycan» qəzeti yazır ki, qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə Azərbaycan qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və «yeni blok»a daxil ola bilər. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə deyir və əlavə edir ki, rəsmi Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafı rayonlardan çıxarılması məsələsində Avropa və ABŞ-ın Ermənistana təzyiq göstərməsini istəyir.

ƏLİ KƏRİMLİNİN ALMANİYA NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜ

«Azadlıq» qəzetinin yazdığına görə AXCP sədri Əli Kərimli Almaniyanın koalisiya hökumətində təmsil olunan Azad Demokratlar partiyasının sədr müavini, Bundestaqın üzvü xanım Bircit Homburgerlə görüşüb. Onlar Azərbaycandakı ictimai siyasi durum, siyasi məhbuslar, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, mediaya təzyiq və sair məsələləri müzakirə ediblər.

JURNALİSTLƏRLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMƏDİ

«Bizim yol» qəzeti bildirir ki, Media Hüququ İnstitutu 1 saylı istintaq təcridxanasında saxlanılan jurnalistlər - «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı və «Xəyal» televiziyasının baş redaktoru Zaur Quliyevin vəkilləri ilə görüşə imkan verilməməsini pisləyir. Jurnalistlərin, eləcə də onların vəkili Rəşid Hacılının bu baxımdan hüququnun pozulmasının qarşının alınmasını, müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmasını tələb edir.


AZƏRBAYCANIN REYTİNQİ YÜKSƏLİB

«Yeni Azərbaycan» qəzeti isə Azərbaycanın beynəlxalq reytinqindən yazır. Qəzet bildirir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar konsepsiyasına əsasən makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanı regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına səbəb olub. Nəticədə Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinqini xeyli yüksəldib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG