Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 02:16

Bakıda işləyən alman mütəxəssis bədbəxt hadisə ilə üzləşib

Azərbaycanda işləyən almaniyalı menecer bədbəxt hadisə ilə üzləşib.

Bu barədə APA-ya Səbail Rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. «Baku Crystal Hall»da menecer işləyən Almaniya vətəndaşı, 1989-cu il təvəllüdlü Tulu Conotman Frendi ərazidə onun üçün ayrılmış konteynerə daxil olarkən, konteynerdə yığılmış əşyalar üstünə aşıb.

Müxtəlif xəsarətlər alan menecer dərhal xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG