Myanma müxalifətinin lideri Aung San Suu Kyi parlamentin üzvü kini and içib.
Aung San Suu Kyi 1990-cı ildə keçirilmiş seçkilərdə də qalib gəlmişdi. Ancaq həmin vaxt onun partiyasının parlamentdə təmsil olunmasına imkan verilməmişdi. Bir il sonra o Nobel mükafatı almışdı.
Aung San Suu Kyi son 21 ildə ümumilikdə 15 il ev həbsində olub. Onun rəhbərlik etdiyi Milli Demokratik Birlik partiyasının parlament seçkilərində uğur qazanmasına baxmayaraq parlamentdə az sayda millət vəkili ilə təmsil olunacaq.
Myanma parlamentində millət vəkili yerinin dörddə biri hərbçilərə aiddir. Digər yerlərin əksəriyyəti də hərbçilərin dəstəklədiyi iqtidarda olan partiyaya aiddir. Bununla belə Aung San Suu Kyinin partiyasının parlamentdə təmsil olunması hökumətin islahatlar sahəsində atdığı mühüm addımlardan sayılır.