Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

ABŞ-da Cənubi Qafqaz regionundakı münaqişələrə dair konfrans keçirilib


ABŞ-ın George Washington Universitetində Cənubi Qafqaz regionundakı münaqişələr və onların həlli yolları mövzusunda konfrans keçirilib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Konfransa professor James Wertsch moderatorluq edib.

SAM-ın araşdırmacısı Rauf Qaragözov, Gürcüstanın İvan Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin Humanitar məsələlər fakültəsinin professoru, UNESCO-nun Mədəniyyətlərarası Dialoq Komitəsinin sədri Nino Çikovani və Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan çıxış ediblər. Konfransda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.

Konfrans iştirakçıları Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün regiondakı mövcud münaqişələrin həllinin vacib olduğunu bildiriblər.

Məlumatda qeyd olunur ki, konfransın təşəbbüskarı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir (SAM).
XS
SM
MD
LG