Yerevan məhkəməsi Bakıda buraxılmış "Erməni terroru" kitabını satan Spartak Akocyanı 4 illiyinə azadlıqdan məhrum edib.
Onu ötən ilin aprelində Yerevandakı "Vernisaj"da kitabın 10 nüsxəsini satmaqda günahlandırırlar.
İttihama görə, Bakıda rusca buraxılmış kitabda Dağlıq Qarabağ ermənilərinin həyata keçirdiyi bəzi hərbi əməliyyatlar "cinayətkar qrupların dinc azərbaycanlı sakinlərə qarşı terror aktları" adlandırılır. Akocyan həmin kitabın nüsxələrini Tbilisidə Azərbaycan səfirliyinin yaxınlığından alaraq sonradan Ermənistana keçirib.
Ona qarşı Ermənistan Respubliksası Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2-ci hissəsilə "milli ədavətin qızışdırılması" ittihamı irəli sürülüb.
Həmin maddəylə Ermənistan vətəndaşı maksimum 3,5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Məhkəmə isə faktiki olaraq Akocyana məcəllədə nəzərdə tutulandan daha ağır cəza verib.
Müdafiə tərəfi hökmdən yuxarı instansiya məhkəməsinə şikayət edəcək.
Yerli mediada yayılan bu xəbərə erməni oxucular birmənalı yanaşmırlar.
Akocyanı "xain" adlandıranlarla yanaşı onun azad olunmasını vacib sayanlar da var. Bəziləri hesab edir ki, ermənilərin "düşmənin onlar haqda nə düşündüyünü bilmək haqqı var"...
oxuzalı.az