Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 08:45

ABŞ Yulia Tymoshenkonun vəziyyətindən dərin narahatlıq ifadə edir



ABŞ Dövlət Katibi Hillary Clinton bildirir ki, onun ölkəsi Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenkonun vəziyyətindən ciddi narahatlıq keçirir. Clinton Uklryana hakimiyyətini bu ölkədəki səfirin Tymosheko ilə görüşünə imkan yaradılmasına və dərhal onun müalicəsinə başlanmasına çağırır.

Ötən həftənin sonunda Tymoshenkonun tərəfdarları onun saxlandığı həbsxanada işgənclərə məruz qalmasına dair şəkillər yayıblar. Həmin fotolarda Tymosheko qarnında və qolunda yara yerlərini göstərir.

Amma prokurorluq işgəncə iddialarını rədd edir, bildirir ki, ola bilər keçmiş Baş nazir çarpayısında harasa dəyib.
XS
SM
MD
LG