Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:56

İsrailin Müdafiə naziri İranla bağlı bütün variantların hazır olduğunu deyir



Ötən gün axşam lsraillin Müdafiə naziri Ehud Barak xarici jurnalistlərlə görüşündə deyib ki, ölkəsinin lirandan gələ biləcək bütün təhlükələrə qarşı tədbirləri masadadır. O, əlavə edir ki, lranın nüvə proqramının müzakirəsinə dair beynəlxalq güclərlə danışıqların bərpasından da ciddi nəticələr gözləmir.

İran rəsmiləri dəfələrlə İsraili dağıtmaqla hədələyiblər. Ona görə də Tehranın nüvə silahlı əldə etməsi ehtimalından ən çox İsrail narahat olur.

Tehran isə nüvə silahı barədə iddiaları rədd edir, bildirir ki, onun bu sahədə proqramı yalnız dinc məqsədlər üçündür.
XS
SM
MD
LG