Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:45

Hava sərinləşəcək


Mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın istiliyi ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 2-də Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, axşam buludluluq artacaq.

Mayın 3-də isə bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında mayın 2-də hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
XS
SM
MD
LG