Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:35

İlham Əliyev ziyalılar haqda, Quba hadisələri ilə bağlı deyilməyənlər, May-qadağalar ayı...


Mətbuat icmalı
Mətbuat icmalı
ÖLKƏDƏ YENİ QADAĞALAR QÜVVƏYƏ MİNDİ

«Bizim yol» qəzeti yazır ki, 1 may ölkədə «qadağalar günü»dür. «Ölkənin televiziya kanalları bu tarixdən etibarən xarici serialların yayımını dayandıracaq. Milli Televiziya və Radio Şurası bu qərara gəlib. 1 mayda Nəqliyyat Nazirliyi sovet istehsalı olan maşınların taksi kimi işləməsini əngəlləyəcək. Bu tarixdə Rusiyadan «07» markalı maşınların Azərbaycana idxalı dayandırılacaq. Mətbuat 1 maydan hotellərin qonaq qəbulunu dayandıracağını da yazır. Tədbiri «Eurovision»la bağlayırlar».

«ZİYALILARIN SÖZÜ MÜSTƏSNA ƏHƏMİYYƏTƏ MALİKDİR»

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin qərb bölgəsinə səfərindən yazıb. Qəzet yazır ki, qərb bölgəsinin ziyalıları ilə görüşü zamanı dilin saflığı məsələsinə də geniş toxunulub. «Bu sahədə kütləvi informasiya vasitələrində, bəzi telekanallarda müşahidə olunan qüsurlardan da ətraflı söhbət açıldı. Prezident xüsusi vurğuladı ki, Azərbaycan dilini kim qorumalıdır? «İlk növbədə ziyalılar, ədiblər, şairlər, eyni zamanda nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax, bu məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün?! Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et... Biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir. Hesab edirəm ki, burada biz hamımız, xüsusilə mətbuata çıxışı olan insanlar daha da diqqətli olmalıdırlar. Ziyalılar öz sözünü deməlidirlər. Nəinki öz əsərləri, şeirləri ilə, həm də bir ziyalı kimi Azərbaycan dilini qorumalıyıq».

«VAXT GƏLƏR, BƏZİ MƏSƏLƏLƏR AÇILAR»

«Azadlıq» qəzeti millət vəkili Vahid Əhmədovun «Media forum»a müsahibəsini dərc edib. Vahid Əhmədov Qubada baş verənlərlə bağlı bildirib ki, «vaxt gələr, bəzi məsələlər açılar. Əgər prezident icra hakimiyyətinin başçısını təyin edirsə, icra başçısı həmin rayonda insanlarla münasibətini normal qurmalıdır. Camaatla normal münasibətlər qurmayanda çox ciddi problemlər yaranır. Hesab edirəm ki, Qubada insanların narazılığı həddən artıq böyük idi. Ona görə də qubalılar öz haqlarını tələb edirdilər və mən burada elə bir ciddi problem görmürəm. Narazılıq yalnız icra başçısından, onun Qubaya, qubalılara şəxsi münasibətindən qaynaqlanırdı və bu narazılıq pik həddə gəlib çatmışdı».

GƏNCLƏRİN ROLU ARTIR

«Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun müsahibəsini dərc edib. Fuad Ələsgərov deyib ki, «Azərbaycanda bütün sahələrdə gənclərin iştirakının artması prosesi sürətlə gedir. Bu proses dövlət siyasətinin bir hissəsidir və cənab prezident tərəfindən tam dəstəklənir. Digər peşələr kimi, hüquq peşəsi də bu prosesdən kənarda qalmamış və əhəmiyyətli dərəcədə gəncləşmiş və yenilənmişdir. Hazırda məhkəmə sistemində fəaliyyət göstərən hakim heyətinin 50%-i son illər hakim fəaliyyətinə başlayan şəxslərdir. Yeni hakimliyə namizədlərin 66%-i gənclərdir. Bu gün prokurorluq, ədliyyə və polis orqanlarında çalışanların 50%-i gənclərdir. Ədliyyə orqanlarında 2006-cı ildən çalışan şəxslərin 80%-i gənclərdir. Vəkillər Kollegiyasına üzv olan 850 vəkilin 30%-i 40 yaşadək olan şəxslərdir».
XS
SM
MD
LG