Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 21:43

ABŞ bin Ladendən ələ keçirilən sənədləri çap edəcək


ABŞ Osama bin Laden öldürüldüyü yerdə ələ keçirilən sənədləri çap etməyi planlaşdırır.

Ağ Evin terrorizm əleyhinə müşaviri John Brennan deyib ki, bu həftə West Poin Hərbi Akademiyasının Terrorizmlə Mübarizə Mərkəzinin saytında bu sənədlər çap olunacaq.

Brennan deyib ki, Əl Qaida uduzurdu və bunu bin Laden başa düşürdü.
Sənədlərə görə, bin laden öz tərəfdarlarını Pakistanın qəbilələr yaşayan yerlərini tərk etməyə, təyyarədən foto çəkilməyən və bombardman olunmayan yerlərə getməyə çağırırdı.

Bin laden keçən il mayın 2-də Paksitanda öldürülüb.
XS
SM
MD
LG