Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

Böyük Vətən müharibəsinin iştirakçıları 500 manat alacaqlar


İkinci Dünya müharibəsinin iştirakçılarına, onların dul arvadlarına, arxa cəbhədə çalışaraq orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına 500 manat birdəfəlik maddi yardım veriləcək.

Müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, habelə arxa cəbhədə çalışıb orden və medallarla təltif edilmiş şəxslər isə 200 manat alacaqlar.

Bu məqsədlə Prezidentinin ehtiyat fondundan 7.5 milyon manat vəsait ayrılıb.
XS
SM
MD
LG