Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:30

Bosniyalı keçmiş əsgər hərbi cinayətlərdə günahkar bilinən ilk qadın oldu


Bosniyalı müsəlman qadın Yuqoslaviya müharibəsinə görə hərbi cinayətlərdə günahkar bilinən ilk qadın oldu.

Sarayevo məhkəməsi onu xorvatları öldürməkdə günahkar bildi.

Bosniya ordusunun Zülfüqar adlı xüsusi bölməsində əsgər olan Rasima Handanovic 1993-cü ildə Bosniyanın Trusina kəndində 3 mülki şəxsin və 3 əsirin öldürüıməsində iştirak edib.

Handanovic Bosniya müharibəsindən sonra ABŞ-a mühacirət etmişdi, ancaq keçən dekabrda Bosniyaya ekstradiksiya olundu.
Handanovicə 6 iləcən həbs cəzası verilə bilər.
XS
SM
MD
LG