Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:28

Advocaat Rusiya yığmasından gedir


Rusiya mediasının məlumatına görə, hollandiyalı məşqçi Dick Advocaat Avropa birinciliyindən sonra Rusiya futbol yığması ilə müqaviləsini uzatmayacaq.
“Sport-Ekspress” qəzeti Advocaatın niyə getdiyini bildirmir, ancaq yazır ki, məşqçiyə pul mükafatı problem olmayıb.

Advocaatın Rusiya ilə iki illik müqaviləsi var. Həmin müqaviləyə görə, o, iki il də uzadıla bilər.

2010-cu ilin aprelində Rusiya yığmasına məşqçi kimi gələn Advocaat deyirdi ki, onun əsas məqsədi Rusiyanı Avropa birinciliyinin final mərhələsinə çıxartmaqdır.

Avropa birinciliyinin iyun - iyul aylarında Polşa və Ukraynada keçiriləcək final mərhələsində 16 yığma iştirak edəcək. Onlardan biri də Rusiya yığmasıdır.
XS
SM
MD
LG