Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:02

ABŞ erməniləri Azərbaycan prezidentinə qarşı etirazlara hazırlaşır


Arxiv foto - prezident İlham Əliyev
Arxiv foto - prezident İlham Əliyev
ABŞ-dakı erməni təşkilatları Azərbaycan prezidentinin bu ilin mayında Nyu-Yorka səfəri zamanı etiraz aksiyaları keçirməyə hazırlaşırlar.

«Ay dat» erməni təşkilatının mətbuat katibi deyir ki, onlar «Azərbaycanın Ermənistana və Qarabağa hücumuna» etiraz etmək istəyirlər:

«ABŞ-ın erməni icması cənab Əliyevi «qarşılamağa» və Azərbaycanın Ermənistana, eyni zamanda Qarabağa hücumları məsələsini müzakirə etməyə hazırdır. Bu səfər media və bizim siyasi liderlərlə danışmaq üçün bir fürsətdir.

ABŞ rəhbərliyi və Konqres Ermənistan və Qarabağa münasibətdə təcavüzkar davranış və təhdidlərin qəbuledilməz olması haqda Azərbaycana dəqiq siqnal verməlidir».

May ayında prezident İlham Əliyevin ABŞ-a səfəri planlaşdırılır. İlham Əliyev Azərbaycanın sədrliyi başlayacaq BMT Təhlükəsizlik Şurasının iclasına rəhbərlik edəcək.

Azərbaycan torpaqlarının işğalına görə 20 ildən çoxdur ki, Azərbaycanla Ermənistan qarşıdurma şəraitində yaşayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG