Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 13:51

“Gənclərin qısa filmləri” göstəriləcək

Mayın 2-də Nizami Kino Mərkəzində “Bu meydan, bu ekran” ənənəvi gənclər müsabiqəsi qaliblərinin çəkdiyi filmlər tamaşaçı auditoriyasına təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyi bu barədə məlumat yayıb.

“Gənclərin qısa filmləri” kino axşamında Fariz Əhmədovun “Mayak”, Sənan Vəliyevin “İşığa doğru” və Emin Əfəndiyevin “Yuva” filmləri nümayiş etdiriləcək.

Baxışdan sonra filmlərin yaradıcıları müzakirə keçirəcəklər.
XS
SM
MD
LG