Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 22:12

Çexiya prezidenti də sammitə qatılmayacaq


Çexiya prezidenti Vaclav Klaus Mərkəzi Avropa prezidentlərinin sammitinə qatılmaqdan imtina edir.

Görüş gələn ay Ukraynada Qara Dəniz sahillərində, Krımda keçirilməlidir.

Çexiya prezidentinin sözçüsü bildirib ki, prezidentin qərarı Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenkonun həbsi ilə bağlıdır.

Almaniya, Avstriya və Slovakiya prezidentləri də bu səbəbdən sammitə qatılmaqdan imtina ediblər.

52 yaşlı Yulia Tymoshenko 7 illik həbsə məhkum edilib. O, baş nazir olduğu müddətdə Rusiya ilə qaz anlaşması zamanı vəzifəsindən sui-istifadəyə yol verməkdə günahlandırılır.
XS
SM
MD
LG