Azərbaycanın Xraxoba və Uryanoba kəndlərində yaşayan Rusiya vətəndaşları ilə bağlı yaranmış problem həll edilib. APA-nın Rusiya səfirliyinə istinadən verdiyi məlumata görə, Xraxobada yaşayan Rusiya vətəndaşları aprelin ortalarında kəndi tərk edib: «Adları çəkilən kəndlərlə bağlı yaranmış həssas humanitar vəziyyəti sivil qaydada tam həll olunmuş saymaq olar. Bu, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və qarşılıqlı anlayışa əsaslanan münasibətlərin olduğunun növbəti təzahürüdür. Hazırda Rusiya prezidentinin tapşırığı ilə Azərbaycandan Dağıstana köçən Xraxoba sakinlərinə büdcədən maddi yardım göstərilməsi məsələləri həll edilir».
2010-cu ilin sentyabrında Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra əslən Dağıstanın Məhərrəmkənd və Axtı rayonlarında olan Xraxoba və Uryanoba sakinlərinin statusu məsələsi gündəmə gəlib. Azərbaycan hökuməti kəndlərin əhalisinə Rusiya vətəndaşlığını saxlamaqla sadələşdirilmiş qaydada Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif edib. Uryanoba sakinləri bu təklifi qəbul edərək Azərbaycan ərazisində həyat və fəaliyyətlərini davam etdirməyi leqallaşdırıblar. Xraxoba sakinləri isə individual qaydada Dağıstan ərazisinə köçməyə qərar veriblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiya səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.