Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 03:05

Pakistanda britaniyalı həkimin başsız cəsədi tapılıb


Pakistanın şimalında britaniyalı həkim, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Khalil
Rasjed Dalenin başsız cəsədi aşkar edilib.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi xəbər verir.

Məlumata görə onun cəsədi Əfqanıstan sərhəddinin yaxınlığında yerləşən Kvetta şəhərinin ətrafında kisədə tapılıb.

60 yaşlı Dale yanvarın 5-də oğurlanmışdı.

BQXK və Böyük Britaniyanın xarici işlər naziri William Hague həkimin qətlini ittiham ediblər.
XS
SM
MD
LG