Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:28

İctimai Palata «Yeni Azərbaycan» qəzetini məhkəməyə verə bilər


Aprelin 27-də «Yeni Azərbaycan» qəzetində dərc olunan «Diplomatik sifariş: müxalifət, «Eurovision»a hazır ol!» məqaləsi
Aprelin 27-də «Yeni Azərbaycan» qəzetində dərc olunan «Diplomatik sifariş: müxalifət, «Eurovision»a hazır ol!» məqaləsi
-

Aprelin 27-də «Yeni Azərbaycan» qəzetində «Diplomatik sifariş: müxalifət, «Eurovision»a hazır ol!» adlı məqalə dərc edilib.

Məqaləylə birlikdə qəzetin çap etdiyi kollajda Bakıdakı Almaniya Respublikasının səfiri Herbert Kvelle, Adolf Hitler, Otto fon Bismark, Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninqlə yanaşı AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa QəmbərAçıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin fotoları dərc edilib.

ƏLİ KƏRİMLİ: «QƏZETDƏ DƏRC OLUNAN FİKİRLƏR HAKİMİYYƏTDƏN GƏLİR...»

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, o, liderlərlə bu məsələni müzakirə edəcək. Ümumi razılaşmadan sonra hüquqşünaslarla məsləhətləşiləcək:
«Ola bilsin ki, «Yeni Azərbaycan» qəzetinin bu davranışına görə məhkəməyə müraciət edək. Çünki, bu qəzet öz səhifəsində dərc etdiyi kollajda Azərbaycanın və Almaniyanın siyasətçilərini Hitlerlə bir sıraya qoymaqla, da həm onları, həm də bizi təhqir edib. Hitler təkcə Almaniyanın yox, bütövlükdə bəşəriyyətin çox pis keçmişidir. Alman xalqı başda olmaqla bütün bəşəriyyət faşizmdən imtina edib. Hazırda faşizm təbliğatı Almaniya qanunvericiliyi ilə yasaqlanır. Bu gün Almaniyanın demokratik yolla seçilmiş hökumətini Hitlerlə bərabərləşdirmək, o cümlədən alman tarixinin çox önəmli simalarından olan Bismarkı onunla bir sırada tutmaq, eləcə də Almaniyanı şantaj etmək də həm onlara, həm də bizə təhqirdir».
Əli Kərimli
Əli Kərimli
Əli Kərimli deyir ki, alman mətbuatının səmimi tənqidlərinin qisasını bütövlükdə Almaniyadan almağa çalışan Azərbaycan hakimiyyəti öz kürsü naminə ölkənin milli maraqlarına qarşı çıxır.
Habuki, iqtidar nə alman dövlətindən, nə də onun hökumətindən qisas almaq iqtidarında deyil. Bu hərəkətilə yenə də zərbəni Azərbaycana vurur.
AXCP sədrinin fikrincə, qəzetdə dərc olunan material əslində hakimiyyətdən gəlir. İqtidar Azərbaycan müxalifətinə Almaniyanın ayrı-ayrı fondları tərəfində maliyyələşdirilməsi haqda böhtan atır, eyni zamanda Almaniyanın dövlət qurumlarına siyasi dairələrinə şər deyir.
«İndi həm Avropa həm də bütün dünya görür ki, Azərbaycanda təkcə müxalifətə yox, eləcə də dünyanın ən mütərəqqi, sivil, mədəni bir dövlətinə də böhtan atan necə bir hakimiyyət iş başındadır».

ALMANİYA SƏFİRLİYİ «YENİ AZƏRBAYCAN»A CAVAB VERİB

Almaniya bayrağı
Almaniya bayrağı
Almaniyanın Azərbaycandakı səfirliyi hakim Yeni Azərbaycan Partiyasının orqanı olan «Yeni Azərbaycan» qəzetinin 18 aprel tarixli sayında dərc olunan yazıya münasibət bildirib.
Səfirlik təəssüflə bildirir ki, «Yeni Azərbaycan» qəzeti səfirin 15 mart 2012-ci il tarixli məqaləsində toxunduğu mövzulara dair müzakirələr aparmaq dəvətini qəbul etməyib.
Açıqlamada qeyd olunur ki, bunun əvəzində «Yeni Azərbaycan» qəzeti alman siyasi fondlarına qarşı ittihamlar irəli sürməklə qeyri-əminlik və təhlükə iqlimi yaradır. Bununla da acıq müzakirə mədəniyyətinə xələl gətirir.

Son aylar «Yeni Azərbaycan» qəzeti Almaniyanı dövlət səviyyəsində Azərbaycana qarşı kampaniya aparmaqda təqsirləndirən məqalələr çap edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG