Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 09:03

ABŞ rəsmisi Talibansız sülhün mümkün olmadığını deyir

Yerli Taliban liderlərinin danışıqlar prosesində iştirakı olmadan Əfqanıstanda sülhə nail olmaq mümkün deyil.

Birləşmiş Ştatların Pakistandakı səfiri Cameron Munter belə deyir.

O qeyd edib ki, daxili problemi əfqanların özləri həll etməlidir və ABŞ-la Pakistanın bu məsələdə rolu prosesə yalnız köməklə məhdudlaşır.

Vaşinqton NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən qabaq Talibanla Əfqanıstan hökuməti arasında dialoq qurmağa çalışır.

Beynəlxalq koalisiya qüvvələri 2014-ci ilin sonunadək Əfqanıstanı tərk etməlidir.
This item is part of
XS
SM
MD
LG