Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:54

Keçmiş İsrail rəsmisi hakimiyyəti xalqı azdırmaqda günahlandırır


“İsrail rəhbərliyi İranın nüvə obyektlərinin vurulmasının mümkünlüyünü deməklə xalqı azdırır”.

Bunu İsrail daxili təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Yuval Diskin deyir.

Onun sözlərinə görə, bu cür zərbələr əksinə İranın nüvə siıahı üzərində işi sürətləndirməsinə səbəb ola bilər.

O qeyd edib ki, İsrail reallıqda İranın nüvə proqramını bu cür vasitə ilə saxlamaq iqtidarında deyil.

Baş nazir Benjamin Netanyahu ilə müdafiə naziri Ehud Barak hələlik Diskinin dediklərinə münasibət bildirməyiblər.

İran nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG