Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:48

«Aqrolizinq» 3 ayda fermerlərə 10 milyon 500 min manatlıq texnika satıb


2012-ci ilin yanvar-mart aylarında «Aqrolizinq» xətti ilə kənd təsərrüfatı istehsalçılarına 10.5 milyon manat dəyərində 273 ədəd traktor, 315 ədəd maşın və avadanlıq satılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilib.

«Aqrolizinq» ASC 2004-cü ildə yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsusdur. 2009-cu ildə qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

«Aqrolizinq» dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinədək ödəmək şərti ilə lizinqə verir.
XS
SM
MD
LG