Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:43

Prezident Bakıda bulvarın təmirinə daha 5 milyon manat verdi



Prezident İlham Əliyev aprelin 27-də Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı əlavə işlərə 5 milyon manat ayrılması barədə sərəncam verib. Sənədə görə həmin pul 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan veriləcək.

Bakıda bulvarın təmirinə son illər külli miqdarda pul ayrılıb. Tənqidçilər bulvarında üzlük daşların lazımsız yerə tez-tez dəyişdirilməsindən şikayət edirlər. Amma bulvar idarəsi bu ittihamları rədd edir.
XS
SM
MD
LG